ABŞ-ın keçmiş prezidenti Bill Klinton qalmaqallı maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı Konqres qarşısında ifadə verməyə başlayıb.
Dinləmə jurnalistlərin iştirakı olmadan qapalı qapılar arxasında keçirilir.
Bir gün əvvəl Bill Klintonun həyat yoldaşı və ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Epşteyn işi ilə bağlı Nümayəndələr Palatasının Nəzarət Komitəsində ifadə verib. O, maliyyəçi ilə hər hansı əlaqəsini təkzib edib. Klinton Epşteynin qanunsuz fəaliyyətləri barədə “heç nə bilmədiyini” vurğulayıb. O, adının qəsdən ictimaiyyətin diqqətini ABŞ prezidenti Donald Trampın fəaliyyətindən yayındırmaq və ehtimal ki, bu barədə məlumatları gizlətmək üçün istifadə edildiyini iddia edib.














