Bill Qeyts bütün sərvətini xeyriyyəçilik üçün xərcləyəcəyini açıqlayıbbackend

Transmilli Microsoft korporasiyasının yaradıcılarından biri Bill Qeyts 20 il ərzində bütün sərvətini xeyriyyəçilik üçün xərcləyəcəyini açıqlayıb.

O, bu barədə bloqunda yazıb.

“Pulumu cəmiyyətə əvvəlcə planlaşdırdığımdan daha tez qaytarmaq qərarına gəldim. Növbəti 20 il ərzində bütün sərvətimi Qeyts Fondu vasitəsilə bütün dünyadakı insanların həyatını xilas etmək və yaxşılaşdırmaq üçün verəcəyəm” dedi.

Qeyts Fondu 2045-ci il dekabrın 31-də bağlanacaq. Fond bu müddət ərzində 200 milyard dollardan çox vəsait xərcləməlidir, iş adamı əlavə edib.