Kriptovalyuta birjası Binance cinayət qanunlarını pozduğuna görə ABŞ-a 4,3 milyard dollar ödəyəcək. Şirkətin təsisçisi və baş direktoru Çanqpenq Zhao özünü və şirkət qarşısında günahını etiraf edib. Bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
“Bu qanunlar maliyyə institutlarımızın ictimai təhlükəsizliyə və milli təhlükəsizliyə təhdid yaradan terror təşkilatları, narkotik tacirləri və sanksiyaya məruz qalmış dövlətlər üçün əlçatan olmamasını təmin edir”, – deyə departament bildirib.
Cərimə ABŞ-da cinayət işi üzrə indiyə qədər toplanmış ən böyük cərimələrdən biridir. Ədliyyə Departamenti hesab edir ki, Binance qismən törətdiyi cinayətlərə görə dünyanın ən böyük kriptovalyuta birjasına çevrilib: “Binance öz mənfəətini Amerika xalqının təhlükəsizliyindən üstün tutur.” Departamentin bəyanatında birja əməkdaşlarının sanksiyaya məruz qalan ölkələrdən olan minlərlə müştəriyə xidmət göstərilməsindən xəbərdar olduğu, həmçinin belə ölkələrdən olan müştərilərlə ABŞ vətəndaşları arasında əməliyyatların aparılmasının qanun pozuntusu olduğunun fərqində olduğu bildirilir.
Mənbə: A Haber











