Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura üzvlərinin iclası keçirilibbackend
30 iyun 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura üzvlərinin iclası keçirilib.
Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev iclasda iştirak edən Şura üzvlərini salamlayıb və yeni tərkibdə fəaliyyətə başlayan Şura üzvlərinə Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın fəaliyyəti və əhəmiyyətindən bəhs edərək, hər bir üzvü aktiv şəkildə fəaliyyət göstərməyə , qarşıda duran vəzifələri layiqincə yerinə yetirməyə çağırdı.
Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Təranə Paşayeva 2022-ci il il ərzində görülməsi planlaşdırılan işlər barədə məlumat verdi, təkliflər planını iclas iştirakçıları ilə bölüşdü, 2022-ci il tədbirlər planı Şura üzvləri arasında müzakirə edildi.
İctimai Şuranın üzvləri tərəfindən irəli sürülmüş təkliflər uyğun hesab edildi.