backend

Binəqədidə iki nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

Yaşadıqları evin yaxınlığında yerləşən kafenin qarşısında tanımadıqları şəxs tərəfindən aralarında yaranmış mübahisə zamanı 1990-cı il təvəllüdlü Pərviz Ağaverdi oğlu Alışov və 1999-cu il təvəllüdlü Elcan Şahhüseyin oğlu Mirzəyev bıçaqlanıblar.

2002-ci il təvəllüdlü Pənah Xanad oğlu İmanov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.