Biotexnoloqlar insulinlə süd verən inək yaradıblarbackend

Şimali Parana Universiteti və San-Paulu Universitetindən olan braziliyalı biotexnoloqlar ABŞ-dan olan həmkarlarının iştirakı ilə südündə insan insulin zülalları istehsal edən geni dəyişdirilmiş (GMO) transgen inək yaradıblar. Tədqiqat Biotechnical Journal (BTJ) elmi jurnalında dərc olunub.

Komanda 10 inək embrionunun hüceyrə nüvələrinə proinsulini (insulinə çevrilən zülal) kodlayan insan DNT-sinin xüsusi seqmentini daxil edib. Bu embrionlar normal inəklərin bətnində yerləşdirilib.

Bu geni dəyişdirilmiş embrionlardan yalnız biri hamiləliklə nəticələndi və canlı transgen buzov təbii doğuldu.

Mənbə: Gazeta.ru