Amerikalı milyarder və sahibkar Peter Thiel San-Fransiskoda dörd mühazirə oxudu və bu mühazirə zamanı qiyamətin qaçılmaz gəlişi haqqında danışdı. “The Guardian” yazır ki, iş adamı Dəccal ola biləcəyinə inandığı şəxslərin adlarını da sadalayıb.
O, Dəccalın artıq aramızda olduğuna inanır. Bu rola mümkün namizəd amerikalı bloger, “Harri Potter və Rasionallıq Metodları” fan-fantastikasının müəllifi və süni intellektlə bağlı tədqiqatlara qadağa qoymağa çağıran Maşın İntellektinin Tədqiqat İnstitutunun yaradıcısı Eliezer Yudkovskidir.
Thiel, isveçli ətraf mühit fəalı Qreta Tunberqi “Dəccalın legioneri” adlandırdı.