“NutriRev” jurnalında dərc olunmuş bir araşdırmaya görə, paxlalılar, dənli bitkilər və qoz-fındıqlardan bitki mənşəli zülal qəbulunun 10% artması yetkinlərdə depressiya riskini azalda bilər.
Tədqiqatın müəllifləri qeyd edirlər ki, qidalanma zehni rifahda mühüm rol oynayır. Əvvəllər alimlər depressiyanı ultra emal olunmuş qidaların tez-tez istehlakı ilə əlaqələndirirdilər, meyvə və tərəvəzlərlə zəngin pəhrizlər isə əksinə simptomları yüngülləşdirə bilər.
Yeni bir araşdırmada tədqiqatçılar pəhrizdəki zülalın roluna diqqət yetiriblər. Onlar ümumi zülal qəbulu, eləcə də heyvan və bitki zülalları ilə depressiya riski arasındakı əlaqəni araşdıran 13 kəsişmə tədqiqatının nəticələrini təhlil ediblər.
Təhlil göstərib ki, ümumi zülal qəbulu ən yüksək olan insanlarda depressiyaya düşmə ehtimalı daha azdır, nəinki az zülal qəbul edən insanlarda. Xüsusilə, pəhrizdəki zülalın 10% artması depressiya riskinin 21% azalması ilə əlaqələndirilib.













