Bir qrup fəal qazi və veteran döyüşçülər təltif edilibbackend

“Qarabağ Qaziləri” İctimai Birliyinin Cəbrayıl filialı bir qrup fəal qazi və veteran döyüşçüləri təltif edib.

İctimai.az xəbər verir ki, “Qarabağ Qaziləri” İctimai Birliyinin Cəbrayıl filialının rəhbəri İxtiyar Hüseynov çıxışında 2-ci Qarabağ müharibəsində, o cümlədən il ərzində göstərilən fəaliyyətdən, birliyin müharibədə istər ön, istərsə də arxa cəbhədə göstərdikləri fədakarlıqdan geniş məlumat verib.
Daha sonra bir qrup qazi və veteran döyüşçülərə ölkənin ictimai-siyasi həyatında, vətənpərvərlik hisslərinin yüksəldilməsi istiqamətində göstərdiyi xidmətlərə görə “Fəxri Fərman”lar təqdim edilib.

Sonda xatirə fotosu çəkilib.

Qeyd edək ki, “Qarabağ Qaziləri” İctimai Birliyinin Cəbrayıl filialı istər müharibə dövründə, istərsə də müharibədən sonra şəhid və qazi ailələrinə maddi yardımlar göstərib, müharibədə şəhid olan bütün Cəbrayıl rayonu şəhidlərinin dəfn mərasimlərində iştirak ediblər.