İspaniya, İtaliya və Fransanın hakimiyyət orqanları Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenin təklif etdiyi Avropanın yenidən silahlanması planını rədd edib.
Bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.
“İspaniya, İtaliya və Fransanın hakimiyyət orqanları onsuz da ağır olan borc yükünün artmasından ehtiyat edərək, Avropa Komissiyasının kreditlər hesabına müdafiə xərclərini artırmaq proqramını rədd edir”, – mənbə nəşrə bildirib.
Nəşr qeyd edir ki, bəzi Aİ ölkələri borclarının daha da artımından yayınırlar.