Bir ştatda amerikalı uşaqlara sosial media hesablarından qadağa qoyulubbackend

ABŞ-ın Florida ştatının qubernatoru Ron DeSantis uşaqların sosial şəbəkələrdə hesab açmasını qadağan edən qanunu imzalayıb. Bu barədə ştatın rəsmi saytında məlumat verilib.

“Qubernator DeSantis 14 yaşından kiçik uşaqların sosial şəbəkələrdə hesab açmasını qadağan edən qanunu imzalayıb və 14 və 15 yaşlı uşaqlara yalnız valideynlərinin razılığı ilə hesab açmağa icazə verilir”, – deyə internet saytında aydınlıq gətirilir.

DeSantis sosial medianın azyaşlılara bir çox cəhətdən zərər verdiyinə diqqət çəkib, buna görə də yeni qayda valideynlərə uşaqları zərərli və təhlükəli məzmundan daha yaxşı qorumağa imkan verəcək.

Mənbə: Lenta.ru