Birinci Qarabağ müharibəsinin şəhidi Əsəddin Novruzov dəfn edilibbackend

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Əsəddin Curu oğlu Novruzov Mingəçevirdə dəfn edilib.

İctimai.az “Report”a istinadən xəbər verir ki, Ə.Novruzovun nəşi Mingəçevir Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Mingəçevir şəhəri və ətraf rayonlardan rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.