Birinci Qarabağ müharibəsində itkin düşən, 32 il sonra aşkarlanan meyit qalıqlarının eyniləşdirilməsi prosesində şəxsiyyəti müəyyənləşən Tərlan Kamal oğlu Rüstəmov dəfn olunub.
İctimai.az xəbər verir ki, şəhid Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, eləcə də rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşən Tərlan Kamal oğlu Rüstəmov 1974-cü il martın 20-də Lerik rayonunun Şivlə kəndində anadan olub.
O, 1992-ci il sentyabrın 20-də Ağdam rayonunun Sırxavənd kəndində itkin düşüb. Onun nəşinin qalıqları itkin düşdüyü kənddə aşkar edilib.