ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar Komitəsi ABŞ prezidenti Co Baydenin impiçmenti ilə bağlı əlavə təhqiqat aparılmasını tələb edən qətnaməni dəstəkləyib. TASS bu barədə görüşün yayımına istinadən xəbər verir.
Respublikaçılar komitəsinin 9 üzvü lehinə səs verib, dörd demokrat qanunverici isə qətnaməni dəstəkləməyib.
Sənədə əsasən, Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq, Gəlirlər və Xərclər Komitələrinə və Məhkəmə-Hüquq Komitəsinə Baydenin impiçmenti üçün kifayət qədər əsasların olub-olmaması ilə bağlı təhqiqatın bir hissəsi kimi proseslərin davam etdirilməsi həvalə edilib.
Mənbə: TASS

