İlk beş ayın nəticələrinə əsasən, Cənubi Koreya ABŞ-ı birinci yerdən sıxışdıraraq Çinin əsas mal tədarükçüsü olub. Bu barədə RİA Novosti Çin statistikasına istinadən yazır.
Yanvar-may aylarında Cənubi Koreya Çin bazarına 70,9 milyard dollarlıq mal göndərib.
Sonrakı yerdə müvafiq olaraq 63,7 milyard dollar və 62,3 milyard dollarla Avstraliya və Yaponiya gəlir. İlk 5 ixracatçını beş ayda Çinə 54,7 milyard dollarlıq mal satan Rusiya tamamlayır.
Mənbə: RİA Novosti