Amerikanın Newsweek jurnalı yazır ki, ABŞ və Slovakiya Ukraynaya yardımın həcmini azalda bilər.
“Ukrayna ABŞ və Slovakiyadan bəd xəbərlər alıb və bu, Kiyevin aldığı humanitar və hərbi yardımın həcmini azaltmaqla hədələyir”, – nəşr yazır.
Jurnalistlərin fikrincə, xüsusi hərbi əməliyyat başlayandan sonra Ukraynanın ən mühüm müttəfiqi on milyardlarla dollar təmin edən Şimali Atlantika Alyansı olub. Lakin son həftəsonu hadisələri Kiyevi müdafiə xərcləri ilə bağlı yeni problemlərə gətirib çıxara bilər.
Mənbə: Lenta.ru

