Birləşmiş Ştatlar qoşunlarının İraqdan tam çıxarılmasının vaxtını və ümumiyyətlə, mümkünlüyünü hələlik proqnozlaşdıra bilmir. RİA Novosti bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən xəbər verir.
“Hazırkı mərhələdə biz bunun necə bitəcəyi ilə bağlı spekulyasiya etməyə hazır deyilik” dedi Amerika rəsmisi.
Eyni zamanda, Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, İraqın baş naziri Məhəmməd əl-Sudaninin Vaşinqtona səfəri zamanı bu məsələ əsas mövzulardan biri kimi müzakirə olunacaq.
Bundan əvvəl İraq milisləri ABŞ-a ultimatum vermişdi ki, Amerika hədəflərinə hücum təhlükəsi altında bu həftənin sonuna qədər qoşunları ölkədən çıxarsın.