ABŞ kəşfiyyat ictimaiyyəti Ukrayna Silahlı Qüvvələrinin (UAF) Rusiyanın müdafiə xəttini yarıb keçə biləcəyinə şübhə ilə yanaşır. RİA Novosti xəbər verir ki, bu barədə amerikalı jurnalist və Pulitzer mükafatı laureatı Seymur Herş Substack platformasındakı bloqunda yazıb.
Materialda bildirilir ki, Vaşinqton döyüş bölgəsindəki vəziyyətlə bağlı hesabatlara və ölkənin texniki kəşfiyyatına daxil olan məlumatlara əsasən bu qənaətə gəlib. Müşahidəçinin qeyd etdiyi kimi, Kiyev hazırda ruhdan düşüb.
“Amerika kəşfiyyatı <…> inanır ki, ruhdan düşmüş Ukrayna ordusu minalanmış üç mərhələli Rusiya müdafiə xətlərini yarmaq məsələsindən əl çəkib”, – Herş əlavə edib.
Mənbə: RİA Novosti

