Bitkoin rekord həddə çatdıqdan sonra ucuzlaşıbbackend

Bitkoinin məzənnəsi 62 min dollara düşüb, bu qiymət martın 5-i saat 23:22-də müəyyən edilib. Bunu Binance birjasının məlumatları sübut edir.

Martın 5-i axşam kriptovalyuta 2021-ci il noyabrın 10-da müəyyən edilmiş əvvəlki 68 982 dollar səviyyəsini ötərək 69 210 dollarlıq yeni mütləq tarixi rekorda çatdı.

Qeyd edək ki, bitkoinin qiyməti yanvarın sonundan, yəni 39 521 dollara ticarət edildiyi vaxtdan qalxmağa başlayıb.O vaxtdan bəri kriptovalyuta mütəmadi olaraq çox aylıq rekordlarını yeniləyir. Ekspertlər artımın səbəblərindən biri kimi ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyasının yanvar ayında qəbul etdiyi tənzimləmə dəyişikliklərini göstərir.

Mənbə: TASS