iGreen nəinki smartfonları qoruyan, həm də daxili bitki toxumları sayəsində planeti yaşıllaşdırmağa kömək edən iPhone korpuslarını elan etdi. Bu barədə Design Boom portalı məlumat yayıb.
İstehsalçıya görə, iGreen Cover materialın iki illik tədqiqat və inkişafının nəticəsidir. Korpusun özəlliyi ondan ibarətdir ki, onun tərkibində istifadəçi aksesuarı qazana əkdikdən sonra cücərməyə başlayan bitki toxumları var. Üstəlik, örtük ciddi şəkildə 30 dərəcə bir açı ilə əkilməlidir.
Aksessuarın rəngi bitki növünü müəyyənləşdirir: yaşıl – reyhan, sarı – çobanyastığı, mavi – məni unutma.
Mənbə: Haber.com
