Bitkoinin qiyməti sürətlə qalxıbbackend

CoinDesk platformasının məlumatına görə, ticarət sessiyası zamanı bitkoinin qiyməti 7,78% artaraq 32,173 min dollara çatıb.Bu məlumat Moskva vaxtı ilə saat 1:32-də qeydə alınıb.

Bununla belə, Moskva vaxtı ilə saat 1:35-ə olan son məlumatlara görə, bitkoinin dəyəri azalaraq 32,133 min dollar təşkil edib ki, bu da hələlik 7,65% artım deməkdir.

Qeyd edək ki, bitkoinin qiyməti sonuncu dəfə 2022-ci il mayın 8-də 32 min dolları keçib.

Mənbə: TASS