“Biz birlikdə güclüyük “ tədbiri keçirilibbackend

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyi və “Loqos” un birgə təşkilatçılığı ilə “Biz birlikdə güclüyük “ adlı tədbir keçirilib.
Tədbirdə Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyi idarə heyətinin sədri Təranə Paşayeva, İtaliya – Azərbaycan Gənclər Assosiasiyasının sədri Emin Rüstəmov, Polşada yerləşən Azərbaycan evinin rəhbəri Lalə Zeynalova, Barselona Azərbaycan Evi rəhbəri / Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin sədri / İspaniya Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru Kərim Kərimov,
Dünya döyüş növləri üzrə EURO-ASIAN 1-cisiMilli güləş üzrə dünya pirizoru Yunan roma güləşi uzre 1ci dərəcəli idmançı Kempo üzrə EURO-ASIAN 1-Cİ Sİ Elmir Rüstəmov, “Loqos” un İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İB-nin icraçı direktoru Leyla Rəhimova, Qaradağ Rayon Yeni Azərbaycan Partiyası GB sədri Seyidməmməd Məmmədzadə, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi “İctimai Birliyinin “Gənclərlə İş” şöbəsinin rəhbəri Ümidə Rəhimova, və fəal gənclər iştirak ediblər.
Çıxış edən natiqlər tədbirin əhəmiyyətinin vacibliyi qeyd edib və bildiriblər ki, baş verən hadisələrdən çıxan bir nəticə də Azərbaycan xalqının hərbi-vətənpərvərlik ruhunun yüksəlməsi ilə əlaqədardır: “Tovuz istiqamətində gedən döyüşlər xalqımızın, xüsusilə gənclərimizin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. Vətəndaşlarımız Azərbyacan torpaqlarının işğaldan azad olunması uğrunda canlarınından keçməyə hazır olduqlarını nümayiş etdirdilər. Natiqlər vurğulayıblar ki, Azərbaycan xalqı addım-addım qələbəyə doğru irəliləyir və biz Prezident İlham Əliyevin rəhbərliyi ilə bu qələbəyə nail olacağıq.
Tədbirin sonunda müğənni Cavid Hüseyn Azərbaycanla bağlı mahnıları səsləndirib.

İctimai.az