Biznesin İnkişafı Fonduna sədr müavini təyin edilibbackend

“Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC-nin İdarə Heyətinin sədrinə müavin təyin olunub.

İctimai.az APA-ya istinadla xəbər verir ki, bu vəzifə, Osman Xaliyevə həvalə edilib.

O.Xaliyev bundan öncə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri olub.

Qeyd edək ki, Biznesin İnkişafı Fondu 2021-ci ildə Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan İnvestisiya Şirkətinin birləşmə formasında yenidən təşkili yolu ilə publik hüquqi şəxs olaraq yaradılıb.

Bu ilin dekabr ayında Prezident İlham Əliyevin Fərmanı ilə publik hüquqi şəxs “Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC-yə çevrilmə yolu ilə yenidən təşkil edilib.

Fondun İdarə Heyətinin sədri Ülvi Mansurovdur.