Blinken İsraili Rəfahdakı hücum zamanı mülki şəxslərin təhlükəsizliyinə zəmanət verməyə çağırıbbackend

ABŞ dövlət katibi Entoni Blinken qarşıdan gələn hücumu planlaşdırarkən İsraili Rəfah şəhərində mülki əhalinin təhlükəsizliyini təmin etməyə çağırıb. Bu barədə TASS yazır.

“İsrailin həyata keçirəcəyi istənilən əməliyyat ilk növbədə mülki əhalinin (təhlükəsizliyi – red.) nəzərə alınmalıdır. İnanıram ki, bunun yolları var… Bu ərazidə əhalinin yüksək sıxlığını nəzərə alsaq,” Blinken ABŞ-ın İsraildəki səfirliyində keçirilən mətbuat konfransında vurğulayıb.

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail hərbçiləri Qəzza zolağı ilə Misir sərhədində yerləşən Rəfah şəhərində hərbi əməliyyatların başlanmasına hazırlıqla bağlı təlimat alıblar. O, əmin edib ki, hərbçilər beynəlxalq hüquq normalarına uyğun hərəkət edəcək və mülki şəxslərin döyüş bölgələrindən təhlükəsiz təxliyyəsini təmin edəcəklər.

Mənbə: TASS