ABŞ dövlət katibi Entoni Blinken Moldova və Çexiyaya səfər edərək hər iki ölkənin liderləri ilə görüşərək enerji sahəsində əməkdaşlıq, Ukraynaya dəstək və NATO-nun iyulda Vaşinqtonda keçiriləcək sammitinə hazırlıq məsələlərini müzakirə edəcək. Bu barədə RİA Novosti yazır.
“Dövlət katibi Antoni Blinken mayın 28-dən 31-dək Moldovanın Kişinyov və Çexiyanın Praqa şəhərlərinə səfər etməyi planlaşdırır”, – ABŞ Dövlət Departamenti bildirib.
Moldovada Blinken prezident Maia Sandu ilə ölkənin Avropa İttifaqına inteqrasiyasında irəliləyiş və enerji təhlükəsizliyi məsələlərini müzakirə etmək niyyətindədir.
Mənbə: RİA Novosti