CNN xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken Rusiyada casusluqda təqsirli bilinən amerikalı Pol Uilanla telefon danışığı aparıb.
Blinken Uilanı “inamını saxlamağa” çağırıb və bildirib ki, Vaşinqton məhkumun tezliklə ABŞ-a qaytarılması üçün əlindən gələni edir.
Mənbə telekanala bildirib ki, Uilan həbs yerlərindən Amerikaya zəng edə bilər, lakin Blinkenlə əlaqənin necə qurulduğunun təfərrüatlarını açıqlamayıb. Uilanın Rusiya həbsxanasında qaldığı dörd il yarım ərzində Blinken ikinci dəfə onunla telefonla danışıb.
Mənbə: Haber Global

