Blinken Sudan Silahlı Qüvvələrinin Ali Baş Komandanı və RRF rəhbəri ilə danışıb və atəşkəsə çağırıb

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Sudan Silahlı Qüvvələrinin baş komandanı Əbdülfəttah Burhan və ölkənin Çevik Reaksiya Qüvvələrinin (RRF) rəhbəri Məhəmməd Daqlo ilə danışıb.

Blinken tərəfləri ən azı 23 aprelə qədər ümummilli atəşkəsə çağırıb. Bu barədə RİA Novosti ABŞ Dövlət Departamentinə istinadən məlumat yayıb.

“Katib general Abdel Fattah Burhan və general Mohammed Hamdan Daglo ilə danışıb. Blinken hər iki hərbi lideri ümummilli atəşkəs rejimini tətbiq etməyə və ən azı aprelin 23-də Fitrə bayramının sonuna qədər saxlamağa çağırıb”, – deyə məlumatda bildirilir.

İctimai.az

Oxşar xəbərlər