Bloomberg Aİ-nin Ukraynaya 100 milyard avro ayırmağı planlaşdırdığı barədə məlumat yayıbbackend

Avropa İttifaqı (Aİ) Ukraynaya yardım üçün nəzərdə tutulan büdcə layihəsinə 100 milyard avro daxil edə bilər.

Bu barədə Amerikanın Bloomberg agentliyi mənbələrə istinadən yazır.

“Pul Aİ-nin bu ayın sonunda təqdim olunacaq növbəti yeddiillik büdcəsi üçün təklifinin bir hissəsini təşkil edə bilər. Üzv dövlətlər bunu büdcə danışıqları kontekstində qəbul etsələr, maliyyə 2028-ci ildə ödənilməyə başlayacaq”, – materialda deyilir.