BMT bildirir ki, hər il dünyada təxminən yarım milyard uşaq həddindən artıq istilərdən əziyyət çəkirbackend

Hər il təxminən yarım milyard uşaq nənə və babalarından iki dəfə çox gün həddindən artıq isti yaşayır. Bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) təşkilatın saytında dərc olunmuş yeni hesabatında deyilir.

Yeni məlumatlara görə, təxminən 466 milyon (dünyada demək olar ki, hər beş uşaqdan biri) azyaşlılar yüksək temperatur dövrlərinin 60 il əvvəlkindən ən azı iki dəfə uzun olduğu ərazilərdə yaşayır.

UNİCEF qeyd edib ki, istilər uşaqların sağlamlığına təhlükə olmaqla yanaşı, həm də təhsilə mane olur. Təkcə 2024-cü ildə ən azı 80 milyon uşaq isti hava dalğaları zamanı məktəblərin bağlanması səbəbindən məktəbi buraxmaq məcburiyyətində qalıb.

Mənbə: UNICEF