BMT İsrailə silah verən dövlətlərin soyqırımda iştirak etməsi məsələsini araşdırırbackend

Birləşmiş Millətlər Təşkilatının (BMT) işğal olunmuş Fələstin ərazilərində insan haqları üzrə xüsusi məruzəçisi Françeska Albanese deyib ki, İsrailə silah verən dövlətlərin soyqırım cinayətində şərik olub-olmadığını söyləmək hələ tezdir. Bu barədə RİA Novosti məlumat yayıb.

Albanese vurğulayıb ki, dövlətlər tərəfindən İsrailə silah tədarükü Beynəlxalq Ədalət Məhkəməsinin Qəzza ilə bağlı yanvar ayında qəbul edilmiş qərarı ilə ziddiyyət təşkil edir.

Bundan əvvəl BMT-nin xüsusi məruzəçisi İsrailin Qəzza zolağında fələstinlilərə qarşı soyqırım cinayəti törətdiyini etiraf edib.

Mənbə: RİA Novosti