BMT münaqişə nəticəsində didərgin düşən livanlıların sayını açıqlayıbbackend

Livandakı münaqişə ucbatından bir həftə ərzində 120 minə yaxın insan didərgin düşüb. Bunu Cenevrədə keçirdiyi brifinqdə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) Livandakı humanitar yardım üzrə koordinatoru İmran Rza bildirib, onun sözlərini RİA Novosti yayıb.

“Bir həftədən az müddətdə ən azı 700 insan həyatını itirdi, minlərlə insan yaralandı və bir neçə saat ərzində 120 minə yaxın insan didərgin düşdü” dedi.

Raza Livanda münaqişənin səngimədiyini və “etirazlar davam etdikcə” bu rəqəmlərin artmaqda davam etdiyini vurğulayıb.