BMT-nin baş katibi İsrailin İrana zərbələri fonunda Yaxın Şərqdə müharibənin qarşısını almağa çağırıbbackend

İsrailin İrana hücumları fonunda BMT-nin baş katibi Antonio Quterreş Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən dərin narahatdır və hərbi əməliyyatları dayandırmağa çağırır. Onun bəyanatı təşkilatın saytında yerləşdirilib.

Onun sözlərinə görə, bütün eskalasiya aktları pislənilməli və dayandırılmalıdır.

“Baş katib bütün tərəfləri Qəzza və Livan da daxil olmaqla bütün hərbi əməliyyatları dayandırmağa, genişmiqyaslı regional müharibənin qarşısını almaq və diplomatiya yoluna qayıtmağa səy göstərməyə çağırdığını qətiyyətlə təkrarlayır”, – sözçüsü Stefan Dujarrik bildirib.

Mənbə: Haber Global