Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş bildirib ki, Rusiya Federasiyası BMT-nin işinin fundamental əsası olaraq qalır.
Bu barədə TASS məlumat yayıb.
O vurğulayıb ki, Sovet İttifaqı və Rusiya BMT-nin formalaşması üçün mütləq zəruridirlər. Onun fikrincə, Rusiya Federasiyası böyük ölkə və böyük dövlətdir.
Onun sözlərinə görə, BMT-də fövqəlgüclərin olması problemlərin yaranmasına təsir edir. Bu, mövcud problemləri gərginləşdirməkdənsə onların həllinə yönəlmiş dürüst və açıq dialoqu və münasibətləri saxlamaq deməkdir, Quterreş vurğulayıb.