Dünya hazırda İkinci Dünya Müharibəsindən (1939-1945) bəri ən gərgin güc və resurslar uğrunda mübarizənin şahidi olur. Bu fikirləri Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk BMT İnsan Hüquqları Şurasının (BMTİHŞ) 61-ci sessiyasının açılışında bildirib.
Onun sözlərinə görə, dünyada baş verən hadisələr güclü ölkələrin dominantlıq və üstünlüyə nail olmaq istəyinə işarə edir. Türk qeyd edib ki, bəzi dünya liderlərinin ritorikasının arxasında “qanundan və BMT Nizamnaməsindən üstün olduqlarına inam” dayanır.
Komissarın sözlərinə görə, bu siyasətçilər öz məqsədlərinə çatmaq üçün müstəsna statusa, müstəsna təhlükəyə və ya müstəsna mənəvi mühakiməyə istinad edirlər. Türk əlavə edib ki, onlar nəticələrlə üzləşməyəcəklərinə əmindirlər.















