BMT taxıl sazişi üzrə məsləhətləşmələrə hazır olduğunu açıqlayıb

BMT-nin İstanbuldakı nümayəndə heyəti zərurət yaranarsa, taxıl sazişi ilə bağlı məsləhətləşmələrə açıq olduğunu açıqlayıb. Bu barədə RİA Novosti-yə BMT-nin razılaşma koordinatorunun mətbuat katibi İsmini Palla məlumat verib.

“BMT-nin İstanbuldakı nümayəndə heyəti zərurət yaranarsa, məsləhətləşmələr üçün hazırdır”, – diplomat bildirib.

Birgə Koordinasiya Mərkəzi iyulun 17-də Qara dəniz taxıl müqaviləsi çərçivəsində kənd təsərrüfatı məhsulları daşıyan sonuncu gəminin yoxlanışını başa çatdırıb.

Mənbə: RİA Novosti

Oxşar xəbərlər