BMT Təhlükəsizlik Şurası İrana qarşı sanksiyaları bərpa edibbackend

İrana qarşı sanksiyalardan imtina müddətinin uzadılmasına dair qətnamə layihəsi BMT Təhlükəsizlik Şurası üzvlərinin əksəriyyətinin dəstəyini ala bilməyib.

Rusiya, Çin, Pakistan və Əlcəzair qətnaməni dəstəkləyib. Cənubi Koreya və Qayana səsvermədə bitərəf qalıb. ABŞ, Fransa, Böyük Britaniya, Yunanıstan, Danimarka, Somali, Panama, Sloveniya və Syerra Leonenin nümayəndələri qətnamənin əleyhinə səs veriblər.

Sanksiyalar sentyabrın 27-də bərpa olunacaq; Təhlükəsizlik Şurasının üzvləri o vaxta qədər danışıqları davam etdirəcəklər.