BMT Təhlükəsizlik Şurası kosmosda nüvə silahının yerləşdirilməsini pisləyə bilərbackend

ABŞ BMT Təhlükəsizlik Şurasına kosmosda nüvə silahının yerləşdirilməsi əleyhinə qətnamə təqdim edəcək. Bu barədə Bloomberg yazır.

Qeyd olunur ki, layihəsi ilkin işlənmə mərhələsində olan qətnamədə ölkələrin 1967-ci il Kosmos Müqaviləsi üzrə öhdəliklərinin təsdiqi nəzərdə tutula bilər. Müqavilə göy cisimlərindən və kosmosdan istənilən növ silahların sınaqdan keçirilməsi, hərbi manevrlər və ya hərbi bazalar, qurğular və istehkamlar yaratmaq üçün istifadəni qadağan edir, lakin kosmosda adi silahların istifadəsini istisna edir. Bu, həmçinin Yerin orbitində, Ayda və ya hər hansı digər göy cismində, eləcə də kosmosdakı stansiyalarda nüvə silahlarının və ya hər hansı digər kütləvi qırğın silahlarının yerləşdirilməsinin qadağan edilməsini nəzərdə tutur.

Müqaviləyə artıq 110 dövlət qoşulub, lakin onlardan 23-ü hələ ratifikasiyanı başa çatdırmayıb.

Mənbə: Bloomberg