BMT Təhlükəsizlik Şurası Yaxın Şərqlə bağlı iclas keçirəcəkbackend

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası cümə axşamı, noyabrın 9-da Yaxın Şərqdəki münaqişə ilə bağlı açıq iclas keçirəcək. TASS xəbər verir ki, bunu BƏƏ-nin BMT-dəki daimi nümayəndəsi Lana Zəki Nuseyba deyib.

Bundan əvvəl BMT-nin Yaxın Şərqdəki vəziyyət üzrə xüsusi koordinatoru Thor Wennesland bildirib ki, HƏMAS və İsrail arasında münaqişə səbəbindən bölgə “uçurumun kənarına qoyulub”.

Onun sözlərinə görə, müharibə “son 75 ildə israillilər və fələstinlilər üçün ən çətin anlardan biri olub”.

TASS