Bild qəzetinin məlumatına görə, BMW yanğın təhlükəsi səbəbindən dünya miqyasında 500.000-dən çox avtomobili geri çağırır.
Şirkətdən hələlik rəsmi məlumat alınmayıb.
Şirkət əvvəllər mühərriki işə salarkən qısaqapanma aşkar etmişdi. Bu problem BMW 2 Series Coupe, 3, 4 və 5 Series-in bir neçə variantı, 6 Series Gran Turismo, 7 Series Limousine, eləcə də BMW X4, X5, X6 və Z4 modellərinə təsir göstərir.















