Boeing korporasiyası işçilərini ixtisar etdiyini açıqladıbackend

Aviasiya, kosmik və hərbi texnika istehsalı üzrə ixtisaslaşan Amerikanın “Boeing” korporasiyası biznes çətinlikləri səbəbindən işçilərinin demək olar ki, 10%-ni ixtisar etmək qərarına gəlib.

Bu barədə şirkətin saytında məlumat verilir.

“Gələcək aylarda ümumi işçi qüvvəmizi təxminən 10% azaltmağı planlaşdırırıq. Bu ixtisarlar rəhbərlərə, menecerlərə və işçilərə təsir edəcək”, – deyə baş direktor və prezident Kelli Ortberq bildirib.

O, şirkətin “çətin vəziyyətdə olduğunu” və “maliyyə reallığına uyğun” olmasını təmin etmək üçün “əmək səviyyələrini tənzimləməli” olduğunu açıqladı. Ortberg həmçinin 777X və 767 Freighter proqram təyyarələrinin istehsalında gecikmələr olduğunu bildirdi.

“Bizim biznesimizin vəziyyəti və gələcək bərpamız sərt tədbirlər tələb edir” dedi şirkət prezidenti.

Mənbə: Bloomberg