Beynəlxalq Olimpiya Komitəsinin (BOK) kommunikasiyalar üzrə direktoru Mark Adams bildirib ki, təşkilat Rusiya idmançılarının qəbulu ilə bağlı öz rəyinə sadiq qalmaqda davam edir.
Onun sözlərini Sports sitat gətirir.
“Rusiya idmançıları ilə bağlı mövqeyimiz heç dəyişməyib.
Onu da qeyd etmək istəyirəm ki, Rusiya idmançılarının Paris 2024-ə vəsiqə qazanması ilə bağlı hələlik heç bir qərar verilməyib”, – Adams bildirib.
İyunun 21 və 22-də Lozannada (İsveçrə) BOK-un İcraiyyə Komitəsinin iclası keçirilir və orada Rusiya idmançılarının Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirakı ilə bağlı qərar qəbul edilə bilər.
Mənbə: Sport.ru

