Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına Rusiya və Belarus idmançılarının buraxılması ilə bağlı yeni bəyanat yayıb.
Təşkilat Rusiya və ya Belarus pasportuna malik idmançıların Oyunlarda iştirakı ilə bağlı qərarın hələ verilmədiyi üçün bu məsələnin müzakirəsinin tez olduğunu bildirib.
BOK-un rəsmi saytında deyilir: “BOK tərəfindən dərc edilən sənədlərin heç birində siz Rusiya və ya Belarus pasportu olan idmançılar üçün Olimpiada haqqında qeyd tapa bilməzsiniz”.
Mənbə: TASS
İctimai.az

