Beynəlxalq Olimpiya Komitəsinin (BOK) vitse-prezidenti Xuan Antonio Samaranç rusiyalı idmançıların Parisdə keçiriləcək Olimpiya Oyunlarına buraxılma meyarlarından danışıb.
“Düşünürəm ki, biz Rusiya və Belarus idmançıları ilə bağlı vəziyyət üçün ağrılı, lakin ədalətli tarazlıq tapdıq. Onlardan neçəsinin vəsiqə qazanacağını və bunun necə bitəcəyini görmək qalır. Biz çox qütbləşmiş bir dünyada Olimpiya Xartiyasına əməl etməyi bacardıq, lakin etiraf etməliyik ki, biz real və çox mürəkkəb dünyada yaşayırıq”, – Samaranç bildirib.
BOK bundan əvvəl Olimpiya Oyunlarında iştirak etmək üçün rusiyalıların altı kvotası elan etmişdi. Onlar 2024-cü ilin iyul ayının sonunda Parisdə başlayacaqlar.
Mənbə: Sports.ru











