Boliviya prezidenti Luis Arce BRİKS sammitində iştirak etmək üçün Kazana gəlib.
Bu barədə RİA Novosti məlumat yayıb.
Mesajda Boliviya liderinin Rusiya prezidenti Vladimir Putinlə görüşünün planlaşdırıldığına aydınlıq gətirilib.
“Biz Kazana BRİKS-in 16-cı sammitində iştirak etmək üçün gəlmişik”, – Arce qeyd edib.
O qeyd edib ki, Boliviya rəhbərliyi ölkə xalqının mənafeyi naminə mühüm nəticələr əldə etməyi qarşısına vəzifə qoyub.