Boliviyada yanğınlar 10 milyon hektar ərazini əhatə edibbackend

Boliviyada yanğınlar 10 milyon hektardan çox ərazini əhatə edib. Bu barədə TASS Fundación Tierra qeyri-hökumət təşkilatının məlumatlarına istinadən məlumat yayıb.

“Yanğınlar 10,1 milyon hektardan çox ərazini məhv edib ki, bu da son illərin bütün rekordlarını üstələyib”, – təşkilat hesab edir.

Qeyd olunur ki, yanğınların təsirinə məruz qalan ərazinin 58 faizi meşəlikdir. Ən böyük yanğınlar Beni və Santa Kruz departamentlərində olub. Bununla belə, ölkədə quraq hava şəraiti və bir neçə aktiv yanğın davam etdiyi üçün yanğınların təsirinə məruz qalan ərazinin növbəti bir neçə həftə ərzində artmağa davam edəcəyi gözlənilir.

Oktyabrın 7-də yanğınların tüstüsü Boliviyanın Santa Kruz de la Sierra şəhərindəki ən böyük hava limanında bir neçə saatlıq fəaliyyətini dayandırıb.