NATO-nun çoxmillətli döyüş qrupunun Bolqarıstandakı hərbi bazası üçün infrastrukturun tikintisi 55 milyon dollardan çox başa gələcək.
Bununla bağlı Bolqarıstanın BTA xəbər agentliyi ölkənin müdafiə naziri Todor Taqarevə istinadən xəbər verir.
Taqarevin sözlərinə görə, kazarmaların, avadanlıqların saxlanması üçün binaların və yolların tikintisi 100 milyon bolqar levindən (təxminən 55 milyon dollar) çox başa gələcək.
Müdafiə Nazirliyinin rəhbəri aydınlaşdırıb ki, Sofiyanın bu layihənin inkişafı üçün büdcə vəsaiti var, lakin lazımi resursların bir hissəsi yenə də NATO tərəfindən təmin olunacaq. Baza üçün yer hələ müəyyən edilməyib, lakin çoxməqsədli döyüş qrupu ölkənin cənub-şərqindəki Yambol bölgəsindəki iki hərbi bazada yerləşə bilər.
Mənbə: Sputnik