Bolqarıstan fermerləri ucuz Ukrayna taxılına görə yenidən etiraz aksiyaları keçirirlər

Bolqarıstan taxılçıları ölkəyə rüsumsuz gətirilən ucuz Ukrayna taxılına görə etirazları bərpa etmək niyyətindədirlər.

Bu barədə Bolqarıstan Milli Radiosunun efirində məlumat verilib.

Əvvəlki etirazlar martın sonunda olmuşdu. İndi ağır kənd təsərrüfatı texnikasının köməyi ilə sərhəd keçidlərinin blokadasının Rumıniya taxıl istehsalçıları ilə sinxronlaşdırılması planlaşdırılır.

Taxıl İstehsalçıları Assosiasiyasının rəhbəri İlia Prodanov, “Bizim hərəkətlərimiz rumıniyalı həmkarlarımızla razılaşdırılıb, onlar sərhədin o biri tərəfində olacaqlar” dedi.

Mənbə: BBC.com

İctimai.az

Related Post