Bolqarıstan hakimiyyəti bu ölkədə NATO-nun ən böyük hərbi bazasını tikmək niyyətindədir.
Bu barədə Rusiyanın Sofiyadakı səfiri Eleonora Mitrofanova “İzvestiya” qəzetinə müsahibəsində bildirib.
Diplomat vurğulamışdır ki, Şimali Atlantika Alyansı artıq çoxdan müdafiə ittifaqı olmaqdan çıxıb. NATO-nun təsis sənədləri Rusiyanı “ən mühüm və birbaşa təhlükəsizliyə təhdid” adlandırır.
Mitrofanova qeyd edib ki, NATO-ya üzv dövlətlər öz şərq cinahını daha da hərbiləşdirmək niyyətində açıqdırlar. Məsələn, Bolqarıstan hakimiyyəti İtaliya ilə razılaşma əsasında alyansın ölkədə ən böyük bazasını tikməyi deyil, həm də yeni silahlar almağı və “qoşunların hərəkətini asanlaşdırmaq” üçün “hərbi mobillik dəhlizləri” yaratmağı planlaşdırır.