Bolqar Pravoslav Kilsəsinin (BOK) patriarxı, Sofiya mitropoliti Neofitos 78 yaşında vəfat edib. Bu barədə Bolqarıstan Patriarxlığının rəsmi saytında məlumat verilib.
Ölümün səbəbi uzun sürən xəstəlik – çoxlu orqan çatışmazlığı kimi göstərilib. Həzrətləri martın 13-də saat 22:22-də (Moskva vaxtı ilə 23:22) Bolqarıstan Hərbi Tibb Akademiyasında vəfat etdi.
Bolqarıstan Pravoslav Kilsəsi dindarları səmimi dua etməyə çağırıb, həmçinin patriarxa qayğı göstərdiklərinə görə həkimlərə minnətdarlığını bildirib.
Mənbə: Lenta.ru