Bolqarıstan Milli Assambleyasının üzvləri ölkə prezidentini xüsusi xidmət orqanlarının rəhbərlərini təyin etmək hüququndan məhrum ediblər, Bolqarıstan Teleqraf Agentliyi məlumat yayıb.
Nəşr qeyd edir ki, Milli Təhlükəsizlik üzrə Dövlət Agentliyi və digər xüsusi xidmət orqanları haqqında qanuna dəyişikliklər iki oxunuşda hakim çoxluq tərəfindən qəbul edilib.
Bolqarıstan prezidenti Rumen Radevin sözlərinə görə, düzəlişlər xüsusi xidmət orqanlarını siyasətçilərə tabe edir.
O hesab edir ki, təhlükəsizlik qüvvələri təkcə seçki manipulyasiyası üçün deyil, həm də maliyyə sui-istifadələrindən qorunmaq və arzuolunmaz siyasətçilərin və müxalifətin üzərinə çirkab qazmaq üçün istifadə olunacaq.